Niyazi Bayramov qadınları təbrik edib

  07 Mart 2019    Oxunub : 847
Niyazi Bayramov qadınları təbrik edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edərək, onlara can sağlığı, uzun ömür arzulayıb.
O bildirib ki, qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. Günümüzdə də kişilərlə çiyin-çiyinə çalışan qadınlar, ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxış edərək, xanımlara işlərində uğurlar və yüksək nailiyyətlər arzu edib. O qeyd edib ki, Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir. Günümüzdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, qadınların fəaliyyəti olmadan orada müvəfəqiyyətlər qazanılsın, uğurlar əldə edilsin.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin mətbu orqanı olan “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə xanım Sadıqova xüsusi təbrik edilib. Belə ki, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatları laureatı, “Tərəqqi” medallı, Prezident Mükavatçısı, Ali Media Mükafatçısı və ən nəhayət peşəkar jurnalist bu günlərdə 70 yaşını qeyd edir. Bu münasibətlə Rəfiqə xanım Sadıqovaya Gəncə Şəhər İcra Hakimiyyəti başçısının “Fəxri fərman”ı təqdim edilib.

Xanımlar adından çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin müavini Vəfa Abbasova, göstərilən diqqətə görə minnətdarlığını bildirib. O qeyd edib ki, bəşər sivilizasiyanının inkişafında və müasir səviyyəyə çatmasında kişilərlə bərabər qadınların da əvəzsiz rolu olub. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Qadın gələcəyə açılan qapı, körpüdür. Gənc nəslin təlim-tərbiyyəsində qadınların rolu danılmazdır.

Görüşün sonunda qadınlara Gəncə Şəhər İcra Hakimiyyəti başçısının adından gül və bayram hədiyyələri təqdim edilib. Xanımlar göstərilən diqqət üçün şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Azvision.az

Teqlər: Gəncə