Nazirliyin 4 regional idarə rəisi işdən çıxarılıb
"Biz onların qarşısına məqsəd qoymuşduq ki, meşələrin qorunması əsas məsələ olmalıdır. Hələ də bu barədə bizim çətinliyimiz var. Vandalizm halları baş verir. Bu, təkcə nazirliyin öhdəsindən gələ biləcəyi məsələ deyil. Nazirliyin imkanı yoxdur ki, hər ağacın altına bir əli silahlı adam qoysun. Hamılıqla vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik".
F.Əliyev qeyd edib ki, Oğuz rayonunun Calud və Buxa kəndinlərində kömür basdırma geniş yayılıb: "Orada yaşayanlar öz övladlarını da təhlükəyə qoyurlar. Kömürdən alınan tüstü ilə özləri də nəfəs alırlar. Qəbələ rayonunun Həmzəli kəndində meşə qırmaqla məşğul olan adamlar var. Biz onları cərimə etsək də, əməllərindən əl çəkmirlər. Qəbələdə Avrıq, Masallıda Yelağac kəndlərində də qanunsuz şəkildə ağacdan istifadə edib, kömür basdırma ilə məşğul olurlar. Qubadan bizə xəbərlər gəlmişdi, orda yoxlama apardıq. Təəssüf olsun ki, etimad göstərdiyimiz şəxs etimadı doğrultmadı. Təkcə dekabr ayından bəri 52 nəfər meşə işçisini uzaqlaşdırmışıq. Cinayət tərkibi varsa, hüquq mühafizə orqanlarına məlumat vermişik".
Aytən Zəhra
Azvision.az
Teqlər: ETSN