Azay Quliyev seçicilərini qəbul edib

  07 Mart 2019    Oxunub : 1051
Azay Quliyev seçicilərini qəbul edib
Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçicilərini qəbul edib.
Azvision.az xəbər verir ki, deputat secicilərin sosial, məşğulluq, əmək, mənzil, əmlak və abadlıq məsələləri ilə əlaqədar müraciət və şikayətlərini dinləyib. Müraciət edən vətəndaşların üzləşdiyi problemlərin və qaldırqıqları məsələlərin bir qismi yerindəcə həll olunub.



Qəbulda Binəqədi rayon Məşğulluq İdarəsinin rəisi Anar Bağıyev və Əmək və Əhalinin Sosial Müdəfiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov iştirak edib.



Xatırladırıq ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi (https://azvision.az/redirect.php?url=http://azayguliyev.az/qebul.php?cat=112&lang=az) fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.

Azvision.az

Teqlər: Azay-Quliyev