Prezidentlə xanımı Şamaxı sakinləri ilə çay süfrəsi arxasında - FOTOLAR
Daha sonra Salman Mümtaz küçəsinin sakinləri ilə söhbət edib, onları narahat edən məsələləri dinləyiblər.
Bundan əlavə, Prezident və birinci xanım Mehriban Əliyeva Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovaya məxsus yeni yaşayış evində yaradılan şəraitlə tanış olublar.
Zəlzələ zamanı şəhərin Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun evi də qəzalı vəziyyətə düşmüşdü. Prezidentlə birinci xanım həmin evin yerində yeni inşa edilən evdə yaradılan şəraitlə maraqlanıblar.
Daha sonra Şamaxı sakinləri ilə görüşüblər. Ölkə başçısı onların məktublarını qəbul edib, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılacağını, zərər görmüş bütün evlərin yenidən qurulacağını vurğulayıb. Dövlət başçısı sakinləri narahat edən məsələləri də dinləyib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Azvision.az
Teqlər: Prezident İlhamƏliyev