Doha-Bakı-Doha aviareysi ləğv olunub

Doha-Bakı-Doha aviareysi ləğv olunub
  07 Mart 2019    Oxunub:1926
Martın 7-də həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib.
Azvision.az AzərTAc-a istinadən xəbər ki, “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 21:10-də “QR 353” saylı Dohadan Bakıya uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 22:10-də Bakıdan Dohaya olan “QR 354” saylı uçuşu da ləğv edilib. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Azvision.az



Teqlər: Doha   Aviareys  





Xəbər lenti