Gəncə sakini 10 kq-dan çox narkotiklə tutuldu

Gəncə sakini 10 kq-dan çox narkotiklə tutuldu
  08 Mart 2019    Oxunub:1382
Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Vüqar Həsənov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əlində olan sintetik torbanın içərisindən ümumi çəkisi 10 kiloqram 750 qram narkotik vasitə olan “marixuana” aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Gəncə   Narkotik  





Xəbər lenti