Qazaxda narkotik alverçisi saxlanılıb

Qazaxda narkotik alverçisi saxlanılıb
  09 Mart 2019    Oxunub:1713
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Salman Lələyev saxlanılaraq polis şöbəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman 14 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı S. Lələyev narkotik maddəni Qazax rayonuna satmaq üçün gətirdiyini etiraf edib. ​Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti