Şəmkirdə ağır qəza: Ölən və yaralılar var

Şəmkirdə ağır qəza:    Ölən və yaralılar var
  09 Mart 2019    Oxunub:2592
Martın 8-də saat 22 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində kənd sakini R.Kazımovun idarə etdiyi “VAZ-2106” və M.Şahbazoğlunun idarə etdiyi “İveco” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə R.Kazımov və sərnişini, həmkəndlisi Elxan Cəlilov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti