Qazla işləyən avtobuslar 5 il ƏDV-dən azad olunacaq

 Qazla işləyən avtobuslar 5 il ƏDV-dən azad olunacaq
  14 Mart 2019    Oxunub:3031
2020-ci ildən etibarən sıxılmış qazla işləyən avtobuslar 5 il müddətinə ƏDV-dən azad olunacaq.

Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov jurnalistlər üçün təşkil edilən təlimdə deyib.
Şöbə rəisi bildirib ki, hazırda paytaxtda istifadə olunan "BakuBus" avtobusları sıxılmış qazla işləyir: "Bu ilin mart ayının 8-dən isə sıxılmış qazla hərəkətə gətirilən, məxsusi olaraq hava limanlarında istifadə olunan avtobuslar və sıxılmış qazla hərəkətə gətirilən tibbi məqsədlə istifafə olunan avtobuslar idxal gömrük rüsumundan azad olunub".



Anar Kəlbiyev
Azvision.az



Teqlər: Gömrük   DGK   Komitə   Avtobus  





Xəbər lenti