Gömrükdə sıxlıq aradan qaldırılır - “Elektron növbə” işə salınacaq

  14 Mart 2019    Oxunub : 1967
 Gömrükdə sıxlıq aradan qaldırılır - “Elektron növbə” işə salınacaq
Bu ilin sonuna kimi Dövlət Gömrük Komitəsinin sərhəd buraxılış məntəqələrində sıxlığın aradan qaldırılması üçün "Elektron növbə" sisteminin istifadəyə verilməsi nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) texnoloji innovasiyalar və statistika baş idarəsinin rəis müavini Azər Abasov jurnalistlər üçün keçirilən təlimdə deyib.

Onun sözlərinə görə, şəxslər istədikləri yerdə əvvəlcədən sistemdən qeydiyyatdan keçərək sərhəddəki sıxlıqla bağlı vəziyyəti öyrənə biləcəklər: "Sərhəddə əziyyət çəkməmək üçün əvvəlcədən qeydiyyatdan keçəcəklər. Daha sonra sərhəddən keçmək istədiyi vaxtı qeyd edəcək və rahatlıqla sərhədi keçə biləcək".



Anar Kəlbiyev
Azvision.az



Teqlər: DGK   Gömrük   Sıxlıq