“Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir” - İlham Əliyev
Dövlətimizin başçısı bildirib: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu tendensiya davam etdi və biz bu ideyaları qlobal müstəvidə təşviq etməyə çalışdıq. Ona görə biz bu istiqamətdə bir sıra mühüm beynəlxalq tədbirlər, konfranslar təşkil etdik. Bu tədbirlərdə əsas müzakirə mövzusu multikulturalizmin gücləndirilməsi olub. Çünki biz bu gün görürük ki, bu mövzu ilə bağlı müxtəlif baxışlar var. Bu gün Azərbaycan onu nümayiş etdirir ki, dünya yalnız multikulturalizmin təşviqi ilə irəli gedə bilər, gərginliklər azala və qarşılıqlı anlaşma gücləndirilə bilər. Biz bunun nümunəsiyik".
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident