Uşaqlara siqaret satan şəxs cərimələnib

Uşaqlara siqaret satan şəxs cərimələnib
  14 Mart 2019    Oxunub:3327
Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan mağazanın satıcısı cərimələnib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Belə ki, martın 13-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 1 mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib. Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub. Bu istiqamətdə reydlər davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Siqaret  





Xəbər lenti