ÜST rəsmisi: “Vərəmə yoluxan insanlara qız verilmir”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə “Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən dinləmədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin rəhbəri Hande Harmancı deyib.
“Vərəm dünyanın ən qədim xəstəliklərindəndir. Bu gün bəzi ölkələrdə “vərəm damğası” problemi var. Vərəmli insanlara qız, iş verilmir, vərəm damğasına qarşı mübarizə aparmaq lazımdır. Azərbaycanda vərəmlə mübarizə sahəsində çox ciddi işlər aparılır. Amma yenə də görülməli işlər var”.
Elvin Abdulqədirov
Azvision.az