Abituriyentlərin nəzərinə!

Abituriyentlərin nəzərinə!
  14 Mart 2019    Oxunub:1602
Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, həmçinin Azərbaycan Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent məsləhət mərkəzləri” yaradılıb.
DİM-dən Azvision.az -a verilən məlumata görə, martın 15-dən fəaliyyətə başlayacaq “Abituriyent məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiqedilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərəcəklər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

“Abituriyent məsləhət mərkəzləri” həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərirlər. “Abituriyent məsləhət mərkəzləri”nin və DİM-in regional bölmələrinin ünvanları ilə qurumun rəsmi saytında tanış olmaq mümkündür.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti