Həbsxanalarda vərəmdən ölənlərin sayı kəskin azalıb
Onun sözlərinə görə, hazırda penitensiar müəssisələrdə vərəmlə xəstələnmə faizi aşağı səviyyədədir: “Ölüm faizi 2018-ci ildə 1995-ci illə müqayisədə 126, 2005-ci illə müqayisədə 11, 2015-ci illə müqayisəfə 2 dəfə az olub” .
İdarə rəisi qeyd edib ki, vərəmlə yanaşı, digər xəstəliklərlə də mübarizə aparmaq lazımdır: “Şəxs immun sistemini zədələyən digər xəstəliklərə də yoluxanda vərəmi müalicə etmək çətin olur. Bu gün penitensiar müəssisələrdə vərəm özü-özülüyündə tək bir patologiya kimi problem deyil. Cəzaçəkmə müəssisələrində həm vərəm, həm də hepatit olan kontingentə rast gəlinir. Bu zaman mübarizə aparmaq çətindir. Biz bu xəstəliyin hər ikisi ilə mübarizə aparmalıyıq. Vərəm və İİV-in müalicəsi istiqamətində biz beynəlxalq layihələr vasitəsilə əlavə vəsait cəlb edə bilirik. Hepatitlə bağlı isə biz buna nail ola bilmirik. İllərdir ki, beynəlxalq fond bununla bağlı danışır, amma uğurlu layihələr görə bilmirik. Bu il bizim ixtisaslaşmış müalicə müəssisəsində həm vərəm, həm hepatit, həm də İİV virusuna yoluxan 3 nəfər vəfat edib”.
R.Mehdiyev vurğulayıb ki, insanların sağlamlığı üçün bağçalarda, ictimai iaşə müəssisələrində işləyən şəxslərə çox ciddi tibbi nəzarət olmalıdır.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Ədliyyə-Nazirliyi