Cavid Qurbanov: “Qanunsuz tikililərə məmurlar şərait yaradıb”

   Cavid Qurbanov: “Qanunsuz tikililərə məmurlar şərait yaradıb”
  15 Mart 2019    Oxunub:3420
"Dəmiryolu xəttinin qorunma zolaqları həm məmurlar, həm də vətəndaşlar tərəfindən pozulub. Dəmiryolu xəttinin yerləşdiyi ərazilərdə qeyri-qanuni tikililər var. Buna məmurlar şərait yaradıb".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Qurum rəhəbri bildirib ki, sözügedən məsələləri kompensasiya edərək, insanları dəmiryollunun mühafizə zolağından uzaqlaşdırırlar. "İnsanların ev şəraitini yaxşılaşdırırıq. 2018 -ci ildə 700 adama yeni ev verilib və həmin ərazidən köçürülüb".

Aytən Zəhra
Azvision.az



Teqlər: Cavid-Qurbanov  





Xəbər lenti