XİN: Yeni Zelandiyada ölənlər arasında azərbaycanlı yoxdur

    XİN: Yeni Zelandiyada ölənlər arasında azərbaycanlı yoxdur
  15 Mart 2019    Oxunub:1975
Yeni Zelandiyada məscidlərin atəşə tutulması nəticəsində ölən və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb.
Azərbaycan XİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın eyni zamanda Yeni Zelandiyada akkreditasiya olunmuş Avstraliyadakı Səfirliyi bu məsələ ilə bağlı Yeni Zelandiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələri ilə davamlı təmasdadır.

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məscidə edilən silahlı hücum nəticəsində 40 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

Azvision.az



Teqlər: XİN  





Xəbər lenti