“Bayılda yaşayan köçkünlərlə bağlı icra hakimiyyəti qərar verməlidir” - Rövşən Rzayev

 “Bayılda yaşayan köçkünlərlə bağlı icra hakimiyyəti qərar verməlidir” -    Rövşən Rzayev
  15 Mart 2019    Oxunub:2730
“Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi gələcəkdə mümkün ola bilər. Həmin insanların hazırda köçürülməsi ilə bağlı rayon icra hakimiyyəti qərar verməlidir”
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. Komitə sədri bildirib ki, hazırda ağır şəraitdə yaşayan məcbur köçkünlərin köçürülmə prosesi həyata keçirilir.

“Gələcək mərhələdə Bayıl sürüşmə zonasında yaşayanların da köçürülməsi mümkün ola bilər. Həmin ailələrlə bağlı rayon icra hakimiyyəti qərar verməlidir”.

Elvin Abdulqədirov
Azvision.az





Teqlər: Rövşən-Rzayev  





Xəbər lenti