Oqtay Əsədov: “2018-ci il ölkəmiz üçün əlamətdar il olub”
Spiker bildirib ki, nüfuzlu reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir: “Kredit reytinqinə görə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkənin valyuta ehtiyatı 3 milyard dollar artaraq ilin sonuna 45 milyard dollar olub. İqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin olunub”.
O.Əsədov qeyd edib ki, ilin əvvəlində minimum əməkhaqqının, əmək pensiyasının, sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması xarici valyutada olan kreditlərin artan hissəsi ilə bağlı qərarın qəbul edilməsi 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsidir.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Milli-Məclis Oqtay-Əsədov