Ötən il Azərbaycana 241 min iranlı səfər edib

   Ötən il Azərbaycana 241 min iranlı səfər edib
  15 Mart 2019    Oxunub:1457
Azərbaycan Bakı-Tehran -Bakı istiqamətində uçuşların sayının artırılmasını təklif edir.
Azvision.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlmasında bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycana 241 min iranlı səfər edib.

Nazir qeyd edib ki, "ASAN viza" vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları 1-ci yerdədir: "Bakı-Tehran-Bakı istiqamətində uçuş tezliklərinin sayının artırılması məqsədə uyğun olardı. Sözügedən sahədə əməkdaşlığı dərinləşdirmək üçün Novruz bayramından öncə hər iki ölkədə təbliğat tədbirlərinin keçirilməsi, eləcə də turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun yaradılması əməkdaşlığımıza mühüm töhfə ola bilər".

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti