“Münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində həll oluna bilər” - Baş nazir

 “Münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində həll oluna bilər” -    Baş nazir
  15 Mart 2019    Oxunub:2455
“2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb”

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyəti üzrə hesabatında çıxışı zamanı Baş nazir Novruz Məmmədov deyib.
N.Məmmədov vurğulayıb ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər və bu mövqeyimiz 2018-ci ildə də dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Baş nazir qeyd edib ki, Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır: “Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 1200 adda məhsul istehsal edir”.

Elvin Abdulqədirov
Azvision.az





Teqlər: Novruz-Məmmədov   Baş-Nazir  





Xəbər lenti