“Əlil tələbələr təhsil haqqından azad edilməlidir” - Siyavuş Novruzov

  “Əlil tələbələr təhsil haqqından azad edilməlidir” -    Siyavuş Novruzov
  15 Mart 2019    Oxunub:2383
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentdə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı əlilliyi olan tələbələrin təhsil haqqından azad edilməsini təklif edib.
Azvision.az -ın məlumatına görə, komitə sədri bildirib ki, bununla həmin tələbələrin sosial rifahını yaxşılaşdırmaq olar:

“Onlar daha çox qidalanmaya fikir verərlər. Həmin maliyyənin bir hissəsini Təhsil Nazirliyi, ayrı-ayrı universitetlər birlikdə qarşılaya bilərlər. Eləcə də, iş adamları bunu öhdəsinə götürə bilər. Bilirsiniz ki, ölkədə iş adamlarına bütün lazımi şərait yaradılıb”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti