Bakıda 2 avtobusun hərəkət qrafiki dəyişdirilir

  15 Mart 2019    Oxunub : 534
Bakıda 2 avtobusun hərəkət qrafiki dəyişdirilir
Bakı Nəqliyyat Agentliyi (BNA) Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə birgə əməkdaşlığı çərçivəsində Yasamal Yaşayış Kompleksində yaşayan sakinlərinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə bir neçə marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
BNA-dan Azvision.az -a verilən məlumata görə, dəyişikliyə əsasən sabahdan 206 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar kompleksin ərazisindən keçməklə hərəkət edəcəklər.

Xatırladaq ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üzrə işləri BNA həyata keçirib. Kompleksin ərazisində piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti Avropa standartlarına və ən əsası müasir şəhərsalma prinsiplərinə uyğun təmin olunub.

Tikinti obyektlərinin layihələndirilməsi zamanı nəqliyyat məsələlərinin düzgün təşkilinin zəruliliyini nəzərə alaraq BNA əməkdaşlığa hazır olduğunu bəyan edir.

Azvision.az

Teqlər: BNA   Avtobus