Bakı sakini tapdığı silahı polisə təhvil verdi

  16 Mart 2019    Oxunub : 766
Bakı sakini tapdığı silahı polisə təhvil verdi
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində paytaxtın Bayıl qəsəbə sakini S.Fərəcullayev qəsəbə ərazisindən tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 7 ədəd patronu Səbail RPİ-nin 8-ci Polis Bölməsinə təhvil verib.

Azvision.az

Teqlər: DİN   silah