23 yaşlı qız qohumunun evindən itkin düşüb

 23 yaşlı qız qohumunun evindən itkin düşüb
  29 Mart 2019    Oxunub:2872
Gəncədə 23 yaşlı qız itkin düşüb.
Azvision.az -ın “Trend”ə istinadən verdiyi məlumata görə, hadisə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Gəncə şəhəri, F.Xoyski küçəsi, 6-cı dalan, ev 8-də yaşayan 1996-cı il təvəllüdlü Nərgiz Elcan qızı Muxtarova martın 26-da Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 92-də qohumu Allahverdi Eyyub oğlu Hüseynovun evinə gəlib.

N.Muxtarova həmin gün axşam saatlarında o evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Azvision.az



Teqlər: Gəncə   Qız   İtkin  





Xəbər lenti