61 yaşlı kişi həyətində çətənə əkirmiş - FOTO

61 yaşlı kişi həyətində çətənə əkirmiş -    FOTO
  17 May 2019    Oxunub:2677
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, mayın 16-da əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Dəhnəxəlil kənd sakini 61 yaşlı Elbrus İsmayılov saxlanılıb.



Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 61 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı E. İsmayılov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.





Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti