Azərbaycanda 143 qanunsuz miqrant saxlanılıb - VİDEO

  22 May 2019    Oxunub : 1715
 Azərbaycanda 143 qanunsuz miqrant saxlanılıb - VİDEO
Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 143 əcnəbi saxlanılıb. Onlardan 5-i Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər zamanı aşkar olunub.
DMX-dan Azvision.az -a verilən məlumata görə, saxlanılmış 8 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 6 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 128 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.



Miqrasiya qanunvericiliyini pozan 129 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Azvision.az

Teqlər: Miqrant   DTX   DMX