FHN Bakıda iki nəfərin köməyinə çatdı

FHN Bakıda iki nəfərin köməyinə çatdı
  23 May 2019    Oxunub:1836
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov və Nəsimi rayonlarında ayrı-ayrı ünvanlarda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti