Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  23 May 2019    Oxunub:1651
Şabran RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Mollakamallı kənd sakini L.Atakişiyevə məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilən 32 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbə sakini İ.İsmayıl oğluna məxsus həyətyanı sahədəki istixanada keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti