İmişlidə ağır qəza: Bir ailənin 3 üzvü yaralandı

  24 May 2019    Oxunub : 1170
 İmişlidə ağır qəza: Bir ailənin 3 üzvü yaralandı
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, İmişli-Qarazonlu yolunda hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəsarət alanların bir ailənin üzvü olduğu bildirilir. Qəzanın səbəbləri araşdırılır.

Kənan Məmmədov
Azvision.az

Teqlər: İmişli   Qəza