Maşından 34 min siqaret çıxdı

  24 May 2019    Oxunub : 970
Maşından 34 min siqaret çıxdı
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21011" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının iç hissəsində gizlədilmiş 7680 ədəd "King" markalı siqaret aşkar edilib.

Bundan başqa, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ-32213" markalı avtomobildə saxlanılıb. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonundan - dam örtüyünün altından 26000 ədəd "King" və 1000 ədəd "Parliament Silver Blue" markalı siqaretlər aşkarlanıb. Bu faktlarla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK