Oğurluq edən Bakı sakini saxlanılıb

Oğurluq edən Bakı sakini saxlanılıb
  28 May 2019    Oxunub:1780
Bakıda oğurluq faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 200 manat pul və 200 manat dəyərində bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Qarayev saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri ilə onun mayın 25-dən 27-dək olan müddətdə daha bir evdən bijuteriya oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti