Cəlilabadda “Porsche” evlə birlikdə yanıb

Cəlilabadda “Porsche” evlə birlikdə yanıb
  28 May 2019    Oxunub:2221
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 161 m² olan talvarın yanar konstruksiyaları, altında dayanan “Porsche” markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 504 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın tavanı 28 m² sahədə yanıb.

Yüksək temperaturdan otağın qapı və pəncərə çərçivəsi, aynabəndin tavanı 38 m² sahədə qarsalanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti