“600-dən çox bal toplayanların sayı 83%-ə çatıb” - Aparat rəhbəri

  31 May 2019    Oxunub : 1184
 “600-dən çox bal toplayanların sayı 83%-ə çatıb” - Aparat rəhbəri
Cari tədris ilinin qəbul planında dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 8150 yer artıb.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev media nümayəndələri üçün təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən ilə nisbətən dövlət sifarişi 66,1% artıb: "2017-2018-ci ildə yerlərin sayı 12 324 idisə, yeni planda 2019-2020-ci tədris ilində bu rəqəm 20 474 yer təşkil edir. Bu, o deməkdir ki, ötən il qəbulun 50 faizi dövlət sifarişli yerlər olub".

Y.Piriyev qeyd edib ki, 5 il bundan əvvəl 9 nəfər 700 bal toplamışdısa, 2018-2019-cu ildə 29 nəfər maksimal balı toplaya bilib: "5 il əvvəllə müqayisədə 2018-ci ildə 600-dən çox bal toplayanların sayı 23%-dən 83 %-ə qalxıb. Özəl universitetlərdə də qəbul planı 40 %-dan 60 %-ə qədər artıb".

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil-Nazirliyi