Salyanda 4 otaqlı evdə yanğın olub

  01 İyun 2019    Oxunub : 691
Salyanda 4 otaqlı evdə yanğın olub
Salyan rayonunun Arbatan kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 45 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 7 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Salyan   Yanğın