Bakıda iki nəfər dənizə düşüb, biri ölüb

Bakıda iki nəfər dənizə düşüb, biri ölüb
  02 İyun 2019    Oxunub:2046
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxslərdən birini xilas edib, digərinin isə meyitini (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Dəniz  





Xəbər lenti