Binəqədi rayonunda yanğın olub

  01 İyun 2019    Oxunub : 409
Binəqədi rayonunda yanğın olub
Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə, dəhlizinin tavanı 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın