Şamaxıda qardaşlar yol qəzasında ölüb

Şamaxıda qardaşlar yol qəzasında ölüb
  03 İyun 2019    Oxunub:2485
İyunun 1-də saat 16 radələrində Şamaxı şəhəri ərazisində Quşçu kənd sakini Ramil İsmayılovun idarə etdiyi “VAZ-21214” və Qobustan rayon sakini Ramil Şahverdiyevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə R.İsmayılov və sərnişini, qardaşı Rasim hadisə yerində ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   qəza  





Xəbər lenti