Sumqayıtda yanğın: 10 nəfər təxliyə olunub

Sumqayıtda yanğın: 10 nəfər təxliyə olunub
  04 İyun 2019    Oxunub:2352
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın şaxtasında 50 p.m elektrik kabeli və məişət tullantıları yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti