18 yaşlı oğlan Mingəçevir su anbarında batıb

18 yaşlı oğlan Mingəçevir su anbarında batıb
  04 İyun 2019    Oxunub:1828
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 2001-ci il təvəllüdlü Tağıyev Orxan Naib oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Mingəçevir  





Xəbər lenti