Telefon mağazasından oğurluq edənlər tutuldu - FOTO
Astara RPŞ əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğu törətmiş şəxslər - Cəlilabad rayon sakini Vüqar Həsənov, Lənkəran rayon sakini İmran Eynəliyev və daha 2 nəfər yeniyetmə müəyyən edilərək saxlanılıb. Oğurlanmış mobil telefonlar, danışıq kartkarı və pul saxlanılan şəxslərdən aşkar edilərək götürülüb.
Hazırda onların digər analoji faktlarda iştirakının olub-olmadığı araşdırılır. Faktla bağlı Astara Rayon Polis Şöbəsində başlanılmış cinayətə işinin istintaqı davam etdirilir.
Azvision.az