Gəncədə maşın, Sumqayıtda tikili yanıb

Gəncədə maşın, Sumqayıtda tikili yanıb
  06 İyun 2019    Oxunub:1622
Sumqayıt şəhərində ümumi sahəsi 2000 m² olan ikimərtəbəli tikilinin (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları 800 m² sahədə və dam örtüyü 400 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gəncə şəhərinin Kəpəz rayonunda "Mercedes" markalı minik avtomobilinin təkəri, arxa qapısının üzlüyü və arxa oturacağı qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti