Qəbiristanlıqdan oğurluq edənlər tutuldu

  07 İyun 2019    Oxunub : 806
Qəbiristanlıqdan oğurluq edənlər tutuldu
Gəncə şəhərində həyətyanı sahələrdən və qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 3 həyətyanı sahədən su mühərriki, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları, habelə qəbirlərin üzərində quraşdırılmış 3 ədəd alüminium güldanı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini İ.Hümbətov və Goranboy rayon sakini E.Cəfərov saxlanılıblar. Araşdırmalar davam edir.

Azvision.az

Teqlər: DİN