Zaqatalada ər arvadını qətlə yetirdi

   Zaqatalada ər arvadını qətlə yetirdi
  14 İyun 2019    Oxunub:4050
Zaqatalada kişi öz həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Suvagil kənd sakini, 1982-ci il təvəllüdlü Büllurə Seyran qızı Qədirova əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ər arvadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Hazırda rayonun hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır.

Azvision.az



Teqlər: Zaqatala   Qətl  





Xəbər lenti