Oqtay Əsədov deputatlara əsəbiləşdi: “Bu nə deməkdir?”

  Oqtay Əsədov deputatlara əsəbiləşdi:    “Bu nə deməkdir?”
  14 İyun 2019    Oxunub:2567
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında növbəti dəfə deputatlara xəbərdarlıq edib.
Azvision.az xəbər verir ki, spiker "Əhalinin sağlamlığının qorunması haqqında" qanun layihəsinin əsas kimi səsə qoyulması zaman bəzi deputatların səsvermədə iştirak etməməsinə iradını bildirib.

“Burada 100 nəfər adam oturub, 78 nəfər səs verir. Bu nə deməkdir? Hamıya aiddir” -, deyə spiker bildirib.

Daha sonra yenidən səsvermə olub.

Anar Kəlbiyev
Azvision.az



Teqlər:





Xəbər lenti