Əli Həsənov: “Bunlara müxalifət demək olmaz”
“Bunlara müxalifət demək olmaz. Amma təəssüf ki, bu qəbildən olan insanlarda var. Xarici ölkələrdə onları Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu, ilk növbədə azərbaycanlı adına ləkədir. Azərbaycan millətinin adına ləkədir. Əminəm ki, o insanlar nə vaxtsa özlərində müdriklik, Azərbaycan xalqına məxsus dəyərlər nümayiş etdirərək o yoldan çəkinəcəklər. Çəkinməyənlərə nə etmək olar? Bu, onların könüllü seçimidir. Əgər onlar xarici iaşə obyektlərində bu tipli davranışları özlərinə həyat kredosu, fəaliyyət nümunəsi seçiblərsə, qoy fəaliyyətlərini də davam etdirsinlər. Sağlam Azərbaycan vətəndaşları onlara nifrət edir".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Əli-Həsənov