Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir

 Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir
  13 Sentyabr 2019    Oxunub:11061
Sentyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq.
Bu barədə Azvision.az -a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, kollektiv yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Həmçinin, qeyd olunub ki, bu günlərdə dəmir yolunun xidmətlərindən istafadə etmək istəyənlərin sayı artdığından, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Eyni zamanda 16 sentyabr 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilir.

Yeni hərəkət cədvəlinə əsasən, Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının dövriyyəsi artırılır. Gün ərzində bu marşrutla 15 cüt elektrik qatarı hərəkətdə olacaq. Eləcə də, sosial sifarişlər nəzərə alınaraq, birinci növbədə oxuyan tələbələrin dərsdən sonra daşınması üçün saat 15:00-a da qatar təyin edilir.

Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.





Azvision.az



Teqlər: ADY   Qatar   Sərnişin   Cədvəl  





Xəbər lenti