Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
  19 Oktyabr 2019    Oxunub:1497
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsinin 28 illiyi münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə bayram tədbirləri təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Təsdiq olunmuş plana əsasən, hərbi hissələrdə keçirilən bayram konsertləri, mədəni-kütləvi, hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Keçirilən tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə İdeoloji və Mədəniyyət Mərkəzi, rayon və şəhər mədəniyyət qurumlarının kollektivləri maraqlı proqramlarla şəxsi heyət qarşısında çıxışlar ediblər.

Azvision.az



Teqlər: Müstəqillik-Günü   Ordu  





Xəbər lenti