Nizami rayonunda qaz olmayacaq

Nizami rayonunda qaz olmayacaq
  20 Noyabr 2019    Oxunub:2720
Bu gün Bakının Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlər icra olunacaq.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti