Tarixi şəxsiyyətlərin portretini gözübağlı çəkən azərbaycanlı müəllim - FOTOLAR

 Tarixi şəxsiyyətlərin portretini gözübağlı çəkən azərbaycanlı müəllim -   FOTOLAR
  13 Dekabr 2019    Oxunub:17497
“Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin, Məhəmməd Füzulinin portretini gözübağlı çəkirəm”

Vüsal Cabbarov Lənkəranda orta məktəblərdən birində tarix müəllimi işləyir. O, ixtisasca tarixçi olsa da, gözübağlı rəsmlər çəkməklə Ginnesin Rekordlar kitabına düşməyi planlaşdırır.
Gəlin, müsahibimiz Vüsal Cabbarovla yaxından tanış olaq:

- Vüsal müəllim, istərdim özünüzü oxucularımıza daha yaxından təqdim edəsiniz.

- 1979-cu ilin sentyabrın 17-də Lənkaranda ziyalı ailəsində anadan olmuşam. İlk rəssamlıq təhsilimi atamdan almışam. 1990-cı ildə Lənkaran şəhər uşaq rəssamlıq məktəbinə daxil olmuşam. 1994-cü ildə oranı əla qiymətlərlə bitirmişəm. 1996-cı ildə Sütəmurdov kənd orta məktəbini bitirib, Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinə qəbul olmuşam. Daha sonra Lənkaran Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşam. 2002-ci ildən orta məktəbdə tarix müəllimi işləyirəm. Bir çox rəsm müsabiqələrinin qalibiyəm. Həm də idmanın futbol növü ilə peşəkar məşğul olmuşam. Özümü belə təqdim edərdim - rəssam, heykəltaraş, tarixçi, tədqiqatçı, coğrafiyaşünas, xəritəşünas, reklamçı- dizayner və gözübağlı tarixi şəxsiyyətlərin portretini çəkən insan. Gözübağlı dünya xəritəsini çəkmək üzrə Ginnesin Rekordlar Kitabına namizədəm.



- Ailəlisinizmi?

- Bəli, iki oğlum var.

- Nə zamandan bəri gözübağlı rəsm çəkirsiniz?

- Bir dəfə jurnalist mənə sual verdi ki, belə sürətli rəsmlər çəkirsən. Bəs gözübağlı işləyə bilərsənmi? Dedim, bəli. Təxminən bir il olar. O vaxtdan gözübağlı neçə portret işləmişəm.



- İndiyədək kimlərin portretini çəkmisiniz?

- Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin, Məhəmməd Füzulinin portretini gözübağli çəkirəm. Öz ideyalarımdır, təkrar deyil. Rəssamlıqda öz üslubumu yaratmışam. Dünya rəssamlıq tarixində belə bir şey yoxdur.

- Bu hansı üslubdur ki?

- Cızma üslubudur. Cızma üslubunun əsasını qoymuşam. Bir- birinin əksinə işləyən ştrixlərlə portret çəkirəm.



-Rəsmlərinizi satışa çıxarmaq fikriniz varmı?

- İdeyalarıma əsaslanan rəsmləri satmıram. Ehtiyacım olsa da, onları satmağa əlim gəlmir. Amma sifarişlər olanda çəkib sata bilirəm.













Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rəssam  





Xəbər lenti